Lənkəranda ağır qəza Ölən var

16.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi, Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью