Lənkəranda ağır qəza xəsarət alan var

06.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью