Lənkəranda AĞIR QƏZA Xəsarət alan var FOTO | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Lənkəranda baş verən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 1990-cı il təvəllüdlü Kamran Faiq oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu