Lənkəranda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

10.10.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Şovu kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. pizza sifarişi

Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью