Lənkəranda ağır qəza XƏSARƏT ALANLAR VAR FOTO

14.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mitsubishi” markalı avtomobil qarşı istiqamətdə hərəkət edən “Volkswagen Passat”la toqquşub.
Qəza nəticəsində Lənkəranın Ləj kənd sakini, 1999-cu il təvəllüdlü Tural Əzimzadə və Masallının Allahyarlı kənd sakini, 2006-cı il təvəllüdlü Asim Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.


Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью