Lənkəranda ağır qəza: yaralı var

09.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Liman şəhər sakini, 1998-ci il təvəllüdlü Fəhmin Mahir oğlu Məmmədli idarə etdiyi "Hunday Santa Fe" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala aşıb.

Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlər ona başın küt travması, alın nahiyəsinin deşilmiş yarası diaqnozu qoyublar.

Qeyd edək ki, qəza nəticəsində ərazidən keçən qaz xəttinə də ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью