Lənkəranda ANİMAFİLM festivalı keçirilib

21.11.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lənkəran, 21 noyabr, G.Mahmudlu, İ.Cavanşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “ANİMAFİLM Lənkəranda” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton” animasiya filmləri ilə yanaşı, yeni “Yer və Ay”, “Bum-bum” filmləri də təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью