Lənkəranda avtobus velosipedçini vuraraq öldürüb FOTO

25.09.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Avtobus velosipedçini - Lənkəran rayon sakini 1969-cu il təvəllüdlü İsa Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью