Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub

10.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda baş verən qəzada məktəbli xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 10 yaşlı M.A-nı vurub.

Xəsarət alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью