Lənkəranda avtomobil 24 yaşlı piyadanı vurub

06.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью