Lənkəranda avtomobil 24 yaşlı piyadanı vurub

06.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Rayonunun Xolmili kənd sakini idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada rayonunun Aşağı Nüvədi kənd sakini - 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью