Lənkəranda avtomobil kanala aşıb

05.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İdarəetmədən çıxan yük avtomobili əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.

XQ xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Cil kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Cəlilabad rayon sakini Şirin Mirzəyevin idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yolun kənarında yerləşən elektrik dirəklərinə çırpılaraq kanala düşüb.

Qəza səbəbindən Cil kəndində və Şağlaser kəndinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Yük avtomobilinin kanaldan çıxarılması işləri ilə əlaqədar Lənkəran–Boradigah magistralında nəqliyyatın hərəkəti bir neçə saat ərzində qismən məhdudlaşdırılıb. Bu da yolda avtomobillərin sıxlığına səbəb olub.

İlkin ehtimala əsasən, hadisənin baş verməsində yağışlı hava şəraiti də rol oynayıb.

Qəza zamanı sürücü xəsarət almayıb, avtomobilə isə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью