Lənkəranda avtomobil motosikletlə toqquşdu Xəsarət alan var

15.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan avtomobil motoskletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 1990-cı il təvəllüdlü Kamran Faiq oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью