Lənkəranda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

20.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda baş verən qəzada piyada ölüb.

"Unikal" xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı yolunun Lənkəranın Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью