Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb AZƏRTAC

20.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 20 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью