Lənkəranda avtomobillə motosiklet toqquşub, xəsarət alan var FOTO

15.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü 1990-cı il təvəllüdlü Kamran Faiq oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью