Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var

25.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.

"Report"un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan Masallı rayonunun Çayqırağı kənd sakini, 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, onun həmkəndlisi, 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью