Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var

25.11.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Lənkəran rayonunda baş verən yol qəzasında xəsarət alanlar var. SİA-nın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan Masallı rayonunun Çayqırağı kənd sakini, 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, onun həmkəndlisi, 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью