Lənkəranda Azərbaycan Retinoloqlarının 9 cu Konfransı işə başlayıb

17.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 17 may, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhərində Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elm və təcrübənin inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir oftalmologiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirib.

Konfransda respublikanın müxtəlif bölgələrindən olan göz həkimləri, retinoloqlar, tədqiqatçılar və tibb sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью