Lənkəranda bağçadakı hadisə ilə bağlı ARAŞDIRMA BAŞLANDI

29.05.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Onu da qeyd edək ki, hadisə ilə bağlı bağça da açıqlama yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью