Lənkəranda balıqçını elektrik cərəyanı vuraraq öldürüb

07.05.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Lənkəran rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb. 

Məlumata görə, rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmaq istəyərkən qırmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı raraşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью