Lənkəranda biabırçı mənzərə Video

21.08.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafdakı insanlarla yanaşı, şəhərə gələn qonaqları da narahat edir.

Hurriyyet.Media  xəbər verir ki, bloqer Kamran Razmovar video paylaşaraq Lənkərandakı acınacaqlı vəziyyəti nümayiş etdirib.

O bildirib ki, hər gün yandırılan poliqondan qalxan tüstü və üfunət qoxusu ətraf mühitə zərər vurmaqla yanaşı, insanların rahatlığını pozur.

Qeyd edək ki, bu zibil poliqonu 1980-ci ildə yaradılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti 2020-ci ildə məlumat yayaraq 2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisinin nəzərdə tutulduğunu bildirib. Həmin vaxt qeyd edilib ki, zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m³ olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq. Lakin geridə qalan müddətdə bu istiqamətdə hər hansı addım atılmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью