Lənkəranda bir neçə kənd və qəsəbədə yanğın baş verib

13.08.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda bir gündə bir neçə kənd, qəsəbə və yaşayış məntəqəsində yanğın qeydə alınıb.

Bu barədə APA-nın cənub bürosu məlumat yayıb.

Yanğınlar əsasən Lənkəran rayonunun Mis və Şürük kəndlərində, eləcə də Liman şəhəri və Nərimanabad-1 qəsəbəsində baş verib.

Daxil olan məlumatlarla əlaqədar Lənkəran və Masallı rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb.

Hazırda Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyanın həyətyanı sahəsində otlaq ərazidə yanğın davam edir.

Qeyd edək ki, yanğınlar zamanı əsasən quru ot və kol-kos yanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью