Lənkəranda DƏHŞƏT: ata oğlunun ağacdan asılmış meyitini tapdı

16.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lənkəranda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Hacılar küçəsində baş verib.

30 yaşlı Hüseynli Fəqan Qismət oğlu gecə saatlarında yaşadıqları evin həyətindəki heyva ağacından özünü asıb. Onun asılmış meyitini atası səhər saatlarında aşkar edib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью