Lənkəranda dələduzluq: 42 min manatı mənimsədi Yeni Sabah

04.11.2024

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda 2 nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla dələduzluq edən 31 yaşlı Emin Babazadədir.

O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumən 42 min manatını ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью