Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı 3 nəfər saxlanıldı

15.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью