Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media