Lənkəranda ev yandı

21.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda iki mərtəbəli evdə yanğın baş verib.

"Unikal"ın məlumatına görə, yanğın axşam saatlarında  rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəsəbə sakini, Səxavət Rzayevə məxsus iki mərtəbəli yaşayış evində yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Dərhal hadisə yerinə iki texnika və şəxsi heyət cəlb olunub. Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb,  binanın qalan sahəsi  yanğından mühafizə olunub. 

Hazırda yanğın lokallaşdırılıb. 

Yanğının baş vermə səbəbi araşdırılır.

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью