Lənkəranda evdə 50 yaşlı qadının meyiti tapılıb

11.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda evdə meyit aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, gecə saatlarında Lənkəran rayonunda evlərdən birində orta yaşlı qadının meyiti tapılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyiti tapılan qadının rayonun Bürcəli kənd sakini 1974-cü il təvəllüdlü Səidə Səfərova olduğu müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью