Lənkəranda evdən 75 500 manat pul oğurlayan şəxslər saxlanılıblar

22.09.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanlar saxlanılıblar.

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью