Lənkəranda evə ildırım düşüb, yanğın olub FOTO

24.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda evi ildırım vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Hüseynova məxsus 2 mərtəbəli, dörd otaqlı evə ildırım düşəndən sonra yanğın başlayıb.

Yanğının qarşısı alınıb. Sakinlər deyib ki, ildırım əvvəl həyətdə olan dirəyi vurub, dirəyə bağlanan naqil vasitəsilə evə keçib.

Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibinin Rusiyada yaşadığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью