Lənkəranda evlərdən silsilə oğurluqlar edilib

03.03.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Lənkəranda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evə daxil olaraq pul, qızıl-zinət və məişət əşyaları talayıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Orxan Quluzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, O.Quluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью