Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo