Lənkəranda fərdi evdə yanğın: dam örtüyü və əşyalar yararsız hala düşdü

19.06.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran rayonunda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Şağlaser kəndində baş verib.
Yanğın kənd sakini,1979-cu il təvəllüdlü Yalçın Abasət oğlu Əliyevə məxsus ümumi sahəsi 240 kvadratmetr olan iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın nəticəsində evin dam örtüyünün təxminən 50 kvadratmetr hissəsi və içəridəki məişət əşyaları yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğın müdaxilə nəticəsində söndürülüb.
İlkin məlumata əsasən, hadisə zamanı evdə heç kim olmayıb. Yanğının başvermə səbəbi aparılacaq ekspertizanın rəyindən sonra müəyyən ediləcək.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью