Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
22 yaşlı Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi 51 yaşlı Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.