Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Lənkəranda evdən 500 manat və içərisində 75000 manat olan seyf oğurlanıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.