Lənkəranda iki bacı dəm qazından boğuldu

07.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Lənkəran rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri, 1958-ci il təvəllüdlü Firayə və 1972-ci il təvəllüdlü Rəna Kərimova bacıları vanna otağında huşsuz vəziyyətdə tapılıblar.

Hər iki şəxs ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaxınlarının bildirdiyinə görə, vanna otağında odun peçi və üzərində buxar verən daşlar olub. İlkin ehtimala əsasən, qapalı məkanda yaranan buxar və tüstü dəm qazının toplanmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью