Lənkəranda iki nəfər dəm qazından zəhərlənib

18.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlaran biri yeniyetmədir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır.

Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью