Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllərdir təmir olunmayan yolun asfalt örtüyü tamamilə sıradan çıxıb,iri çalalar yaranıb. Bu isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətinə ciddi çətinlik yaradır.

Avtosfer.az xəbər verir ki, Lənkəranın Haftoni qəsəbəsinə daxil olan Ləj kəndində, eləcə də Aşağı Nüvədi inzibati ərazisinə daxil olan Viyən kəndində avtomobil yolları uzun müddətdir əsaslı təmir olunmur. Mövcud vəziyyət marşrut avtobuslarının hərəkətində də ləngimələrə səbəb olur.

Ləc kəndinə İpək yolundan giriş hissəsi 1970-1980-ci illərdən asfalt örtüyü ilə təmin olunub. Həmin vaxtdan etibarən yolda əsaslı təmir işləri aparılmayıb.İpək yolundan körpüyədək olan hissə təmir olunsa da, yolun davamı yararsız vəziyyətdə qalıb və ildən-ilə daha da dağılıb. Qış aylarında isə yolun ayrı-ayrı hissələri su altında qalır.

Haftoni Bələdiyyəsindən bildirildi ki, yolun 2027 - ci ildə təmir olunmsı nəzərdə tutulub.

Analoji hal rayonunun Viyən kəndində  yaşanır. Bu kəndə də yol problemi uzun müddətdir həll olunmur. Aşağı Nüvədi kənd Bələdiyyəsindən bildirildi ki,  Viyən kəndi də Aşağı Nüvədi kəndinin tərkibindədir. Bu ilə qədər bütün kənd yolları təmir olunub və yararlıdır. Lakin, 1 km yarım torpaq sahəsi isə Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğundan yolun təmiri edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью