Lənkəranda intensiv yağan yağış həyətlərə və küçələrə dolub

27.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Lənkəran, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda yağan intensiv yağışlar şəhər ərazisində müəyyən çətinliklərə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün axşam saatlarında müşahidə olunan güclü yağış nəticəsində şəhərin bir sıra küçələrində sel suları yaranıb və həyətlərə dolub. Nəticədə nəqliyyatın hərəkətində məhdudiyyətlər müşahidə edilib.

Əsasən Z.Əliyeva və Səttarxan küçələrində çətinliklər daha çox qeydə alınıb. Sel sularının təsirinə məruz qalan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda həyətlərdə yığılan suların çəkilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Lənkəranda leysan xarakterli yağış davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью