Lənkəranda iranlının kuryerləri tutuldu VİDEO | Icma.az
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Əbdülov da saxlanılıblar.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 18 kiloqramdan artıq marixuana, heroin, tiryək, metamfetamin, 427 ədəd psixotrop tərkibli həb və 5 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxslərin narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşlarından deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu