Lənkəranda istehlaka yararsız içki və qida məhsulları aşkarlanıb AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 yanvar, AZƏRTAC Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, 20B ünvanında yerləşən Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60,5 litr içki və 1,4 kiloqram qida məhsulunun satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu