Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Lənkəranda yaxın qohumların meyiti meşədə tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Bir neçə gündür ailə üzvləri tərəfindən axtarııan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun "İbadi" deyilən meşəlik ərazidə tapılıb.
Hazırda ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.