Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

30.10.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan noyabrın 3-də Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью