Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb

21.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.
1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью