Lənkəranda kişi qətlə yetirildi, 25 yaşlı qardaşı oğlu saxlanıldı

30.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Lənkəranda örüş sahəsində meyiti tapılan kişinin qətlə yetirildiyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Vilvan kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə getsə də, geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı onun meyiti örüş sahəsində aşkarlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью