Lənkəranda maşın dərəyə aşdı: ölən var

20.08.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Diryan kəndində baş verib.

Belə ki, 1965-ci il təvəlüdlü İntiqam Nuriyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomobili ilə hərəkətdə olarkən Diryan kəndi ərazisində torpaq yolda idarəetməni itirib və avtomobil dərədən aşıb.
İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью