Lənkəranda maşın yol kənarındakı avtomobilə çırpıldı, ölən var

09.07.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Lənkəranda ölümlə nəticələnən qəza olub.

Lent.az xəbər verir ki, hadisə Darquba kəndində qeydə alınıb. Vəlizadə Ülvi Firdovsi oğlunun idarə etdiyi “Khazar” markalı avtomobil yol kənarında dayanmış “Mersedes Axor” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Ü. Vəlizadə ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью