Lənkəranda Mercedes lə vurulan qadın öldü

27.06.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lənkəranda avtomobilin vurduğu piyada ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Lənkəran-Masallı-Boradigah magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili, avtobusdan düşüb yolu keçmək istəyən kənd sakini 57 yaşlı Ruhəngiz Babayevanı vurub. Hadisə yerinə çağrılan təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da, həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью