Lənkəranda Mercedes velosipedçini vurdu Ölən var (FOTO)

16.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə  Lənkəran-Boradigah-Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью